Fransanın "Marsel” klubunun hücumçusu Florian Toven Avropa Liqasının yarımfinal oyunu çərçivəsində "Red Bull Salzburq” komandasının qapısına əli ilə qol vurub.
Anews.az xəbər verir ki, qolun görüntüləri "Football Goals and Highlights” "Youtube” kanalında yayımlanıb.
Fransalı hücumçu qarşılaşmanın 15-ci dəqiqəsində Dimitri Payetin cərimə zərbəsindən ötürdüyü topu qola çevirib. Təkrara baxılan zaman qolun Tovenin başına toxunduqdan sonra əlinə dəydiyi görünür. Oyundan sonra Toven qolu əli ilə vurduğunu təsdiqləyib.
"Mənim qolum? Mən gördüm ki, Payet topu uzaq küncə ötürəcək. Mən başımla topu vurdum. Bu zaman top əlimə də dəydi”, - oyunçu "Goal” nəşrinə açıqlamasında deyib.
Qarşılaşma Fransa klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu mayın 3-də Salzburqda keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !