Futbolçuya narkotikə görə 15 illik həbs

Amerikada "Çikaqo Bers" komandasının keçmiş futbolçusu Sem Herd narkotik alverinə görə 15 il həbs cəzasına məhkum edilib. ANN.Az-ın Rus mətbuatına istinadla xəbər verir ki, amerika futbolunda kifayət qədər tanınan Sem Herd 2011-ci ilin dekabrında 1 kiloqram kokainlə yaxalanmış və həbs edilmişdi. Detektivlə söhbəti zamanı Herd bildirmişdi ki, mümkün olsaydı, hər gün 5-10 kiloqram kokain, həmçinin 450 kiloqram marixuana alardı ki, alış-veriş edə bilsin. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər