"Samsung" şirkəti "Galaxy S5 Mini" aparatının satışlarına başlamağı planlaşdırır. "SamMobile" saytı yazır ki, sözügedən cihaz iyulun ortasında çıxarılacaq. Qiyməti haqda məlumat açıqlanmayıb.Beləliklə, "Samsung" şirkəti artıq üçüncü il ardıcıl qabaqcıl smartfonunun mini-modelini buraxacaq."ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, məlumata görə, "Galaxy S5 Mini" smartfonu 4,5 düymlük HD ekranı ilə təchiz ediləcək. Aparat 1,4 QHs takt tezlikli "Exynos 3 Quad" (370) prosessoru, 1,5 QB əməli yaddaş, 8 meqapiksellik (MP) arxa və 2,1 MP-lik ön kameralarla təchiz ediləcək.Bundan başqa, "Galaxy S5 Mini" aparatında LTE modul, "Wi-Fi" (802.11n), "Bluetooth 4.0 LE", NFC və GPS modulları olacaq, həmçinin cihaza "Android" platformasının "4.4.2 KitKat" versiyası quraşdırılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !