Gədəbəy
rayon icra başçısı İbrahim Mustafayev şəhid ailəsini aldadıb və ona qarşı
süründürməçilik edir. Bunu Anews.az-a
şikayətində Gədəbəy rayon Arıqıran kənd sakini, şəhid anası Qənirə Yunusova deyib.
Qənirə Yunusova
bildirir ki, 7 övlad böyüdüb, 4 oğlu vətənimizi qoruyub. Oğullarından biri şəhid olub, digər ikisi əlil
oub. Amma əlil oğluna Qarabağ əlilliyi ala bilmir. Buna görə anadan 2 min manat
rüşvət istənilir. Xanımın şəhid olan oğlu Seyfəddin Yunusov orduda kəşfiyyatda
xidmət edib. 1994-cü ildə Ağdərə rayonunda Sərsənk su anbarı uğrunda gedən
döyüşlərdə 9 nəfər hərbiçi yoldaşları ilə birlikdə kəşfiyyata göndərilib
(1994-cü ilin 20 aprel gecəsində). Həmin əməliyyatda quldur ermənilər tərəfindən
mühasirəyə düşüb, 9 nəfərlə birlikdə qəhrəmancasına
şəhid olub.
"26 ildir
şəhid ailəsiyik. Bu günə kimi rayon rəhbərliyi və digər vəzifəli şəxslərdən
kimsə bizi ziyarət etməyib. Bəlkədə heç yadlarına düşmürük və ya işdən vaxt edə bilməyiblər. Buna görə şəhid
ailəsi olaraq onlardan incimirik. İllərdir
çətin durumda olsaq belə yenə nə isə istəməmişik.
Bir il öncə rayonumuzun icra başçısı dəyişdi.
İnsanlar yeni başçını tərifləyirdilər və xüsusilə şəhid ailələrinə diqqət
ayırdığını danışırdılar. Ailədə hazırda 7 nəfərik. Ailəmizin gəliri çox az
olduğundan təlabatımızı qarşılamaq çox çətindir. Düşündüm ki, vətənin mənə sağ
qaytardığı oğluma insanların təriflədiyi rayon rəhbərimiz İbrahim Mustafayevdən
iş istəyim”- deyə Qənirə Yunusova bildirir.
Xanımın sözlərinə görə, o, Gədəbəy rayon icra
başçısı İbrahim Mustafayevin qəbuluna gedib və bildirib ki, 3 körpə nəvəsı var.
Maddi imkanı çox pisdir. Oğlu Elməddin Yunusovun bir işə düzəlməsinə köməklik etsin.
İbrahim Mustafayev icra hakimiyyətinin işçilərindən rayonda vakant yer olduğunu
soruşub. İşçilər deyib ki, Meşə idarəsində iş var. İstəsə oğlu orada işləyə bilər.
Xanımın oğlunu həmin işlə bağlı Şəmkir Regional
Meşə Təsərrüfatı idarəsinə göndəriblər. Həmin idarədə isə oğlana deyiblər ki, bu
idarədə vakant yer yoxdu. İdarədən
xanıma deyiblər ki, "biz, dəfələrlə Gədəbəy icra hakimiyyətinə bildirmişik ki,
insanları aldadıb bura göndərməyin. Sizinlə neçənci adamdı bizim idarəyə yönləndirirlər”.
"Bundan sonra çox böyük hörmətsizlik və süründürməçiliklə qarşılaşdıq”
Məsələ ilə bağlı Gədəbəy rayon icra başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevlə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirdilər ki, bir müddətdən sonra bu barədə daha ərtaflı məlumat veriləcək. Biz də öz növbəmizdə söz veririk ki, icra hakimiyyətindən məlumat alan kimi onu oxucuların diqqətinə çatdıracağıq.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !