Gədəbəy rayon Məhkəməsində özbaşınalıq - İDDİA

"Gədəbəy
rayon Məhkəməsi saxta qətmanə çıxararaq nəvəmə bağışladığım torpaq sahəsini əlimizdən
alınmasına şərait yaradır", bunu Lyubov Alekseyevna Hüseynova anews.az-a şikayətində bildirib.
"Biz
keçmişdə buraya gələn ruslardanıq. Uzun
illərdi Gədəbəy rayon Novosaratovka kəndində yaşayırıq. Həmin kənddə mənə məxsus olan torpaq sahəsini
və mülkümü nəvəmə bağışlamışam. Ümumiyyətlə burda yaşayışımız İbrahimov Vidadi
Cahan oğlu qonşuluqda yaşayan gəlmə rusun mülkünü alana kimi yaxşı idi. Həmin şəxs
mülkü alandan sonra zülmətli günlərimiz başladı. İki mərtəbəli villasını tikərkən
arxa pəncərələr qoydurdu. Pəncərələrdən bizim həyət görünür və işıqları
evimizin içinə düşdüyünə görə etiraz etsəkdə
heç nə dəyişmədi. Bundan başqa bizim torpağımızı əlimizdən almağa çalışdı və
buna nail olmaq üçün Gədəbəy rayon Məhkəməsində saxta qətnamə çıxartdı. Habluki həmin əraziyə dair İbrahimov Vidadi
Cahan oğlunun heç bir sənədi yoxdu. Amma bizim aidiyyatı qurumlardan bütün sənədlərimiz
var” – deyə Hüseynova bildirir.
O, qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi Marif Kazımov bizə məxsus yerə saxta qətmanə
çıxarıb. İkinci saxtalıq odur ki, Vidadi İbrahimov ilə bizim
aramızda başqa bir iş üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsində proses getdiyinə
baxmayaraq Marif Kazımov Gədəbəy rayon Məhkəməsində
də bizim digər bir işlə bağlı prosesə başlamışdı. Prosesi dayandırması üçün Gəncə
İnzibati-İqtisad Məhkəməsindən lazımi sənədi təqdim etsəkdə əhəmiyyət vermədi.
Hüseynovanın sözlərinə görə, Marif Kazımov bu saxtakarlığı etmək üçün Gədəbəy
rayon Maliyyə idarəsinin rəisi Namiq Məmmədov vasitəsilə İbrahimov dan 3 500
manat alıb. "Hətta Namiq Məmmədov qızıma zəng edərək deyir ki, gedin işinizlə məşğul
olun. Vidadinin pulu sizinlə bir ağırlıqdadı. Pulla sizin qanınızı batırar", - dey. Hüseynova vurğulayır.
Bundan öncə Gədəbəy rayon Maliyyə idarəsinin
rəisi Namiq Məmmədovun adı Gədəbəy rayonun keçmiş icra başçısı Ramiz
Yediyarovla külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə xərcləməyərək büdcəyə
ziyan vurmaqda hallanırdı.
Məsələ
ilə bağlı Gədəbəy rayon Məhkəməsi ilə əlaqə saxladıq. Ordan bildirdilər ki, iş Gəncə Apellyasiya Məhkəməsindədi.
Qarşı tərəfin fikrini bildirməyə hazırıq.
www.anews.az