"Gədəbəy DOST MMC üçün ayrılan pullar mənimsənilir" - ŞİKAYƏT/FOTOLAR

12:01 | 12.07.2020

"Gədəbəy DOST MMC üçün ayrılan pullar mənimsənilir" - ŞİKAYƏT/FOTOLAR

Dövlət büdcəsindən Gədəbəy rayonu DOST MMC-nin işçiləri üçün ayrılan pullar mənimsənilir, bunu Gədəbəy DOST MMC-də mexanik işləmiş Gədəbəy şəhər sakini Vüsal Abdullayev Anews.az-a göndərdiyi şikayət məktubunda bildirir.

Onun sözlərinə görə, büdcədən inventarlara ayrılan pulları saxta müəssisə yaratmaqla ələ keçirirlər.
 
"2019-cu ildə Gədəbəy DOST MMC işçilərinə inventar almaq üçün 92 min manat dövlət büdcəsindən pul ayrıldı. Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov özəl  müəssisə yaratmaqla həmin pulları mənimsəyib. İnventarların dəyərini  şişirdilmiş qiymət göstərməklə sənədləşdirib  və  pulu təyinatı üzə xərcləməyib. 2020-ci ildə də ayrılan pullar eyni qayda və plan üzrə mənimsənilir. DOST MMC-nin işçiləri rüşvətlə işə qəbul edilir. Həmin işçilərdən ya hər ay maaşlarından 100 manat vermək, ya da işə qəbul olunanda öncədən 800 manat ödəmək tələb olunur. Gədəbəydə 400-ə yaxın DOST MMC işçlsi var.  Onların 60-a yaxını Əkbər Kazımovun qohumudur. Hətta aralarında  Bakıda yaşayanı var və ümumiyyətlə işə çıxmırlar " - deyə Vüsal Abdullayev bildirir.
 
O, həmçinin vurğulayır ki, rayonda və Kommunal Müəssisələr Kombinatında yeyinti bununla bitmir.
 
"Əkbər Kazımov Gədəbəy rayon icra başçısı İbrahim Mustafayevin yaxın dostudur. Kazımov Gədəbəyə rayonuna Mustafayev tərəfindən dəvət olunub.   Rayonda bütün saxta işləri Əkbər Kazımov yerinə yetirir. Kommunal Müəssisələr Kombinatında 11 texnika var. Onlardan yalnız 4-ü işlək vəziyyətdədir. Lakin Əkbər Kazımov 11 texnikaya "yol vərəqəsi" yazmaqla xeyli miqdarda benzin əldə edir. Həmçinin maşınların ehtiyat hissələrinin yenilənməsi adı altında da xeyli pul vəsaiti mənimsəyir. Əkbər Kazımov kiçik müəssisə yaradaraq Kommunal Müəssisələri Kombinatının işlək texnikalarını Gədəbəydəki Qızıl şirkətinə icarəyə verir. Bu yolla əlavə maliyyə vəsaiti əldə edir" - deyə Abdullayev əlavə edir.

Vüsal Abdullayev qeyd edir ki, eyni məzmunlu şikayətini ölkə rəhbərinə və Baş Prokurorluğa ünvanlayıb. Həmin şikayət məktubunu təqdim edirik:

 

 

 
 Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini almaq təəssüf ki mümkün olmayıb. Amma bildiririk ki, qarşı tərəfin  bizə ünvanlayacağı cavabı "KİV haqqında qanun"un tələblərinə uyğun olaraq saytımızda və sosial şəbəkədə olan hesabımızda dərc eləməyə hazırıq. 

Zaur Qənbərov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM