Gədəbəydə qaydaları pozanlar məsuliyyətə cəlb olundu

17:00 | 20.06.2021
Gədəbəydə qaydaları pozanlar məsuliyyətə cəlb olundu

Gədəbəydə qaydaları pozanlar məsuliyyətə cəlb olundu

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM