Gələn il iki Günəş tutulması baş verəcək

13:02 | 06.04.2015
Gələn il iki Günəş tutulması baş verəcək

Gələn il iki Günəş tutulması baş verəcək

Gələn il baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, 2016-cı ildə 4 tutulma hadisəsi – 2 Ay, 2 Günəş tutulması baş verəcək.
 
İlk Ay tutulması martın 23-də, növbəti Ay tutulması isə sentyabrın 16-da olacaq. Hər iki hadisə zəif kölgə daxilində olduğuna görə adi gözlə görünməyəcək.
 
Gələn il ilk Günəş tutulması martın 9-na təsadüf edəcək. Növbəti Günəş tutulması isə sentyabrın 1-də baş verəcək.
 
X. Mikayılov qeyd edib ki, gələn il qeydə alınacaq 2 Ay, 2 Günəş tutulmasının heç biri Azərbaycandan müşahidə edilməyəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM