Gələn il KTMT təlimləri Belarusda keçiriləcək

09:18 | 31.10.2024
Gələn il KTMT təlimləri Belarusda keçiriləcək

Gələn il KTMT təlimləri Belarusda keçiriləcək

2025-ci il  Kollektiv Təhlükəsizlik Təşkilatının təlimləri Belarusda keçiriləcək. Bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov ilə görüşündə qərar qəbul edilib.  
 
KTMT-nin yaxın gələcəkdə fəaliyyətindən danışan Xrenin qeyd edib ki, Belarus tərəfinin əsas diqqəti 2025-ci ilin sentyabrında Belarus ərazisində təşkilat formatında birgə hərbi təlimlərin hazırlanması və keçirilməsinə yönələcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM