Gələn ildən tərbiyəçi müəllimlər də sertfikasiya imtahanına cəlb olunacaq

12:50 | 02.07.2024
Gələn ildən tərbiyəçi müəllimlər də sertfikasiya imtahanına cəlb olunacaq

Gələn ildən tərbiyəçi müəllimlər də sertfikasiya imtahanına cəlb olunacaq

2025-ci ildən bağçada çalışan tərbiyəçi müəllimlər sertfikasiya imtahanına cəlb olunacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 
 
"Bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcəklər", - agentlik rəsmisi apaya müsahibəsində bildirib. 
 
Elm və Təhsil Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün müəllimlər 2026-ci ilə qədər sertfikasiya imtahanlarına cəlb olunacaq. İlkin mərhələdə bu imtahanlar ibtidai sinif müəllimləri üçün keçirilib. Bu ildən olaraq ilk dəfə prosesə Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənn müəllimləri də imtahan verib. 
 
İmtahanı keçə bilməyən 5 mindən çox müəllimin əmək müqaviləsinə xitam veriləcək. 
 
İmtahan müəllimlər üçün 5 ildən bir keçiriləcək. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM