Cənubi Koreya sahilləri yaxınlığında “Sevol” sərnişin bərəsinin batması nəticəsində 300-ə yaxın adam itkin düşüb.APA-nın “Renhap” agentliyinə isrtinadən verdiyi məlumata görə, hadisə baş verən an bərədə 477 nəfər olub. İki nəfərin öldüyü rəsmən təsdiqlənib. Beş saat ərzində yalnız 180 nəfəri xilas etmək mümkün olub. Hazırda hadisə yerində əməliyyat keçirilir. Əməliyyatda 24 hərbi gəmi, habelə 18 helikopter iştirak edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !