“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimatı olub

18:57 | 26.12.2013
“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimatı olub

“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimatı olub

Gəncədə “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimat mərasimi keçirilib.APA-nın qərb bürosunun verdiyi məlumata görə tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. Çıxış edənlər Gəncənin Avropa gənclər paytaxtı seçilməsinin əhəmiyyətindən danışıblar və bu hadisənin Azərbaycanı, xüsusən də Gəncə şəhərini dünyada tanıdacağını bildiriblər. Təqdimatda Gəncənin “Avropa Gənclər Paytaxtı - 2016” müsabiqəsinə qoşularkən həyata keçirilən fəaliyyətlər və bundan sonra şəhərdə görülən işlər barədə məlumat verilib. Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Gəncə Avropanın Gənclər Paytaxtı seçilməklə ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini sübut edib. Təhsil naziri Mikayıl Cabbarov ölkədə təhsil sahəsində atılan addımlardan danışıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qeyd edib ki, Azərbaycanda müasir texnologiyalardan olan internet yüksək səviyyədədir və bu şəbəkə ölkənin hər yerində keyfiyyətli xidmət göstərir. Nazir müavini vurğulayıb ki, 2016-cı ildə Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhərdə internetin sürəti və keyfiyyəti daha da yaxşılaşdırılacaq. Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il noyabrın 21-də Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti