• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Gəncədə nöqsan aşkarlanan məktəb direktoruna şiddətli töhmət verilib

Gəncədə nöqsan aşkarlanan məktəb direktoruna şiddətli töhmət verilib
10.12.2024 10:25
Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli töhmət verilib.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, İdarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

"Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

"Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir. Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir", - məlumatda bildirilib.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə yayılan səs yazısında adıçəkilən məktəbdə valideynlərdən pul istənilməsi məsələsi yer almışdı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək
Cəmiyyət 22:24
İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək
Pakistanda hotel yanıb, ölənlər var
Cəmiyyət 22:00
Pakistanda hotel yanıb, ölənlər var
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 57 mini keçib
Cəmiyyət 21:00
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 57 mini keçib
Təmir zamanı avtobusun altında qalan kişi belə xilas edildi
Cəmiyyət 20:30
Təmir zamanı avtobusun altında qalan kişi belə xilas edildi
İtkin düşən 5 nəfər tapıldı
Cəmiyyət 20:00
İtkin düşən 5 nəfər tapıldı
Neftçalada baş verən qəzada azyaşlı ölüb, qardaşı yaralanıb
Cəmiyyət 19:00
Neftçalada baş verən qəzada azyaşlı ölüb, qardaşı yaralanıb
Aktrisa Məsumə Babayevavəfat etdi
Cəmiyyət 18:48
Aktrisa Məsumə Babayevavəfat etdi
Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi
Cəmiyyət 18:30
Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi
“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib
Cəmiyyət 17:39
“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol