• $
  • €
  • ₽
  • ₺
  • £

“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib
24.01.2026 17:39

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Təlimin üçüncü günündə ustad dərslərini Əməkdar jurnalist, AzTV-nin “Analitik qrupu”nun rəhbəri Faiq Hüsiyev, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova keçib.

Faiq Hüsiyev təlimdə “Müasir televiziyada yeni trendlər” mövzusunda çıxış edib. O, jurnalistikanın bugünkü çağırışlarından, televiziya sahəsində baş verən dəyişikliklərdən və analitik verilişlərin efirlərdə artan rolundan danışıb.

Eyni zamanda, “ümumi türk dili” adı altında bəzi sözlərin dilimizə daxil edilməsinin düzgün olmadığını, Azərbaycan dilinin saflığının, televiziya dilinin təmizliyinin qorunmasının vacibliyini vurğulayıb. Çıxış zamanı Faiq Hüsiyev hər bir dövrün əsas tələbinin yeniliklərə uyğunlaşmaq olduğunu, süni intellektin isə yaxın gələcəkdə media sahəsində ciddi rəqibə çevriləcəyini diqqətə çatdırıb.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev isə “Media dili: səhvlər, vərdişlər və məsuliyyət” mövzusunda çıxış edib.

Təlimdə dilin inkişafı, xüsusilə terminlər, beynəlxalq sözlər mövzusunda geniş müzakirələr aparılıb. Fikrət Şiriyev qeyd edib ki, dillərin inkişafı çox vaxt başqa dillərdən alınan sözlərlə bağlıdır. Məsələn, Azərbaycan dilində alınma sözlərin payı 60 faizə qədərdir. Son 30 ildə isə xüsusilə Avropa dillərindən çox sayda söz qəbul edilib.

Dosent, həmçinin dilin inkişafına təsir edən digər faktorları da qeyd edərək, latın dilinin dünyada əsas elmi, dini və hüquqi dil kimi geniş yayıldığını vurğulayıb. O, alınma sözlərin ana dilinə mənfi təsir etməsi ilə bağlı yanlış fikirlərin mövcud olduğunu da bildirib.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Televiziya, radio və ictimai çıxışlarda yol verilən tipik səhvlər – savadlı şifahi nitq: tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda çıxış edib.

Təlimdə televiziya, radio və ictimai çıxışlarda rast gəlinən nitq səhvlərinə dair geniş müzakirələr aparılıb. Xatirə Hüseynova nitqin yalnız filologiya sahəsi olmadığını və onun öyrənilməsinin iki əsas sahəyə – danışıq texnikası və dil təmizliyinə bölündüyünü qeyd edib. O, həmçinin nitq və dil arasındakı fərqləri izah edərək, düzgün nitqin xüsusiyyətlərini və gözəlləşdirilmə üsullarını diqqətə çatdırıb.

Xatirə Hüseynova düzgün nəfəs almağın və nəfəs vermənin vacibliyi, dialektlərin tələffüzdə istifadəsinin qəbuledilməz olması ilə bağlı mövzuya da toxunub. Xüsusilə televiziya jurnalistikasında dialektlərin istifadəsinin yanlış olduğunu, yalnız bəzən müsahibənin dilində bu cür ifadələrin rəng qatmaq məqsədilə yer ala biləcəyini bildirib.

Qeyd edək ki, keçirilən bu təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq olunmasıdır

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol