Gənclərimiz necə geyinir? - FOTOLAR

16:37 | 28.08.2014
Gənclərimiz necə geyinir? - FOTOLAR

Gənclərimiz necə geyinir? - FOTOLAR

Lyubov Qasımova"Zərif olmaq - diqqət çəkmək deyil, yaddaşa həkk olunmaqdır" - Corcio ArmaniSəhər metroda gedirəm. Qarşı tərəfdə sözün həqiqi mənasında parlaq bir qız əyləşib. Yuxarıdan aşağı ona diqqətlə baxıram. Onun pırtlaşıq saçları, əynində krujevalı çiyinbağıları olan yaşıl-qəhvəyi topik, sarı rəngdə dar cins, 15 santimetr hündürlüyü olan dikdaban ayaqyalınları vardı, əl və ayaq barmaqları qara lakla rənglənmişdi, belində dəmir üzüklü kəmər parıldayırdı, qoluna üç qayışlı saat taxmışdı, qulaqlarında isə uzun dəmir sırğalar sallanırdı. Əynində o qədər metal vardı ki, onu "metalçı" adlandırmaq olardı. Görünür, qız əmindir ki, bu "geyimdə" dəfedilməzdir. Bu, onun üslubudur!Ümumiyyətlə, son zamanlar qadın aksessuarlarında dəmir detallarından çox istifadə olunur. Çantalarda, ayaqqabılarda, koftalarda, şalvarlarda və qolbaqlarda dəmir detallarla tez-tez rastaşmaq mümkündür. Aydın məsələdir ki, gənclər kreativ görünmək istəyirlər. Amma yaşlı qadınlara belə bəzəklər yaraşmır. Məşhur Rusiya televiziya aparıcısı və jurnalisti Evelina Xromçenko demişkən: "Qız kimi görünən anaları sevmirəm". Elə ya belə, demir detallı geyimdə olan xanım nəsə yöndəmsiz görünür.Cinslər isə bizim ölkədə xüsusi hadisədir. Adama elə gəlir ki, qızlar bu cinslərdə doğulurlar. Onlar bu şalvarlara o qədər bağlıdırlar ki, hətta yaraşıb-yaraşmamasının fərqinə belə varmırlar. Axı hamının fiqurası fərqlidir, amma bizdə satılan cinslərin fasonu, ölçüsü və parçanın fakturası eynidir. Əgər sizin fiquranız mükəmməl deyilsə, onda ölçüsü kiçik, damdar cinsləri geyməyə gərək yoxdur. Əgər geyinsəniz onda bədəninizin artıq "kütləsi" hamının gözünü çəkəcək və sizə gözəllik, cazibə verməyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür