• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

"Gənclik" parkı xarabalığa çevrilir - FOTO

15.07.2017 18:00
Xətai rayonu, Sadıqcan küçəsindəki "Gənclik" parkı xarabalığa çevrilmək üzrədir. Sakinlərin şikayətindən sonra Bakı Şəhər İcra Hakimiyyəti parkda abadlıq işlərinə başlanılacağını vəd etmişdi. Amma nəinki abadlıq işləri aparılıb, hələ üstəlik olan-qalan oturacaqlar da sökülüb. 

Parkdakı çoxillik şam, küknar ağacları quruyur. Sakinlər vaxtı ilə paytaxtın ən iri parkı hesab edilən bağın tamamilə məhv olacağından narahatdır. Çünki park və bağların özəlləşdirilərək yerində çoxmərtəbəli binaların tikintisi adətən bu üsulla mümkün olur, ərazi xarabalığa çevrilir və satılır.

anews.az virtualaz-a istinadən xəbər verir ki, sakinlərdən biri - Xanım Quliyeva deyir ki, son iki ilə qədər Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Milli Məclisə qədər bütün qurumlara müraciət ediblər. Bakı Şəhər İcra Hakimiyyətindən tezliklə abadlaşdırılma işlərinə başlanılacağına dair cavab gələndən sonra şikayətləri dayandırıblar. O vaxtdan indiyədək parkın abadlaşdırılacağı günü gözləyirlər.

X.Quliyeva əlavə edir ki, vaxtilə ərazidə zeytun və küknar meşəsi olub. Amma parkla bərabər meşə də məhv olub. İndi barmaqla sayılacaq qədər zeytun və küknar ağacı var. Yağışın ümidinə qalan bu ağaclar da gec-tez məhv olacaq.

Parkının ən hündür hissəsindən dəniz görünür. Vaxtilə burda yay klubları, qaya parçalarından tikilmiş yeraltı restoranlar olub. İndi isə taxtadan tikilmiş "besedka"lar qalıb. Amma dəniz mənzərəsi və yağıllıq səbəbindən hətta günün qızmar vaxtında belə burda istirahətə gələnlər olur.

Aydın Əliyev deyir ki, nəvələrinin səs-küyündən bura istirahətə gəlir. Amma ətrafa atılan tullantıların üfunətindən dincəlmək istəyi gözündə qalıb. A.Əliyevin fikrincə, tullantıları qəsdən park boyu səpirlər ki, heç kim bura gəlmək istəməsin.

Parkın yuxarı hissəsinə qalxmaq üçün pilləkənlərlə uzun yol qət etmək lazımdır. Doğrudan da, maraqlıdır, zibil atmaq üçün kim bu qədər məsafəni qət edir? Sakinlər də deyirlər ki, tullantılar yalnız gecə saatlarında atılır, çünki yaylı-qışlı hava qaralana qədər parkda istirahət edənlər olur.

Parkda dincələnən sakinlərdən biri də ərazinin qəsdən bu vəziyyətə salındığı iddia edir. "Əvvəllər burda restoran vardı, əxlaqsızlıq yuvasına çevrilmişdi. Sakinlərin şikayətindən sonra obyekti bağladılar. Yəqin ki, yenə də restoran, çayxana açmaq istəyirlər. Ya da ərazini gözaltı edənlər var. 

Yoxsa ki, parkın unudulması, məhv olması üçün belə ciddi-cəhdlə çalışmazlar", - sakin deyir.

Parkda sünü göl olub, indi gölün yerində bataqlıq qalıb. Uşaq yelləncəklərindən isə paslanmış dəmir parçaları xatirə qalıb.

Parkın girəcəyində uşaqlar üçün balaca əyləncə yeri düzəldilib, iki-üç maşın və bir neçə velosiped qoyulub. Amma elə həmin yerdə hin də düzəldilib, kimi toyuq-cücə, kimi də quş saxlayır. Hinin düz arxasındakı böyük ərazidə çörək qalırlar, məişət tullantıları toplanıb. Görünür, toyuq-cücə elə bu tullantı ilə qidalanır.

Onu da qeyd edək ki, park Xətai Rayon İcra Hakimiyyətinin balansındadır. Bulvardan sonra ən böyük ərazisi olan parkın xarabalığa çevrilməsi, görünür, kimlərəsə sərf edir. Xarabalığa çevrilərək satılan digər parklar kimi...

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol