Gimnastlarımız Avropa çempionatında 2 medal qazandı

17:56 | 04.06.2022
Gimnastlarımız Avropa çempionatında 2 medal qazandı

Gimnastlarımız Avropa çempionatında 2 medal qazandı

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatı davam edir.
 
Yarışda millimizin üzvləri 1 qızıl və 1 bürünc medal qazanıblar. Komandamıza ən yüksək nəticəni gənclər arasında batut üzrə sinxron cütlüyümüz Maqsud Mahsudov və Hüseyn Abbasov qazandırıb. Belə ki, onlar sinxron proqramda bütün rəqiblərini üstələyərək 48,420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
 
Tamblinq üzrə yığmamızın üzvləri Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklər arasında komanda yarışında bürünc medala sahib çıxıblar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti