Güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazandı

12:50 | 10.02.2014
Güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazandı

Güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib.Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edib.Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Paris Qran Prisində qüvvələrini sınayıb. Komandamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanıb.48 kq çəkidə mübarizə aparan Mariya Stadnik yenə öz liderliyini təsdiqləyib. Analıq məzuniyyətindən sonra ilk yarışına çıxan təmsilçimiz Paris Qran Prisinin qızıl medalını qazanıb. O, ardıcıl olaraq ABŞ, İsveç, Fransa və Kanada güləşçilərini məğlub edib.58 kq-da mübarizə aparan Yuliya Ratkeviç də qızıl medala sahib olub. Qırğızıstan, İspaniya və ABŞ güləşçiləri üzərində üstünlük təmsilçimizi Paris Qran Prisinin qalibi edib.Yığma komandanın digər üzvü Səbirə Əliyeva (75 kq) isə bürünc medal qazanıb.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov təmsil edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti