“Günəşli” yatağındakı 122 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.
ANN.Az-ın Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, quyu 2829-2820 metr intervaldan, məhsuldar qatın X horizontundan sutkalıq 40 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
Qeyd edək ki, yataqda hasilat işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !