«Google» «ağıllı» kontakt linzası həllinə patent alıb

21:17 | 16.10.2015
«Google» «ağıllı» kontakt linzası həllinə patent alıb

«Google» «ağıllı» kontakt linzası həllinə patent alıb

ABŞ-ın patent və ticarət markaları üzrə bürosu «Google» şirkətinin prosessor və yaddaşla təchiz edilmiş, məlumatları qəbul edən və göndərən  "ağıllı" kontakt linzası həllinə patent verib.
 
 Qurğu üçün patent
 
 «Google» korporasiyası sensor, yaddaş və prosessorla təchiz edilmiş kontakt linzası formasında daşınan elektron qurğu üçün patent alıb.
  
İşıqdan əldə olunan enerji
 
 Patentə əsasən, qurğu günəş işığını, elektrik lampasının işığını və hətta fotoaparatın işıqlandırmasnı elektrik enerjisinə çevirən fotoelementin sayəsində ətraf mühitdən enerji qəbul edə bilər.
  
Rabitə imkanları
  
Cihaz istifadəçinin bədən hərarəti və ya qanındakı alkoqolun səviyyəsi haqda informasiyanı xarici qurğuya ötürə bilər.
 
 «Google»un "ağıllı" kontakt linzası həlli
  
2014-cü ilin yanvarında «Google» şəkər xəstəliyindən əziyyət çəkənlər üçün "ağıllı" kontakt linzalarının hazırlanması layihəsini təqdim edib. 2014-cü ilin iyulunda «Alcon» əczaçılıq şirkəti «Google»un bu texnologiyasından istifadə haqda internet nəhəngi ilə müqavilə imzalayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM