Vətən müharibəsində şəhid olan hərbi qulluqçu ilə Goranboyda vida mərasimi keçrilir.
Anews.az-ın APA-ya istinadən məlumatına görə, Həsrətov Elməddin Sərdar oğlu nəşini onun anadan olduğu rayonun Qarasuçu kəndində gətirilib.
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu E.Həsrətov Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib, ailəsi ilə sonuncu dəfə oktyabrın 2-də əlaqə saxlayıb.
E. Həsrətov cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.
E. Həsrətov subay olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !