Gürcüstanda da benzinin qiyməti qalxdı

17:40 | 24.12.2013
Gürcüstanda da benzinin qiyməti qalxdı

Gürcüstanda da benzinin qiyməti qalxdı

“Ola bilər ki, Yeni İllə bağlı yanacağın qiyməti ucuzlaşdırılsın”.Bu gün, dekabrın 24-dən etibarən Gürcüstanda yanacağın pərakəndə satış qiyməti bahalaşıb.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, yanacağın bahalaşmasına səbəb Gürcüstan milli valyutasının (lari) rəsmi məzənnəsinin ucuzlaşması ilə bağlıdır. Qiymət artımı Gürcüstan ərazisində fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrini əhatə edib və artım 1 litr yanacaq üçün təxminən 5-7 tetri (2,5-3,5 qəpik) təşkil edib.Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə qurumu olan “SOCAR-Georgia” şirkətinin baş direktoru Mahir Məmmədovun verdiyi məlumata görə, bahalaşma Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə də təsir edib.Onun sözlərinə görə, yanacağın pərakəndə satışının qiymətində 5 tetri artım var:“Gürcüstanda yanacağın qiymətinin artması normal prosesdir. Bu ölkədə yanacağın qiyməti dünya bazarı qiymətlərinə uyğun satılır və son zamanlar dünya neftin və neft məhsulları bazarında baş verən qiymət artımı mütləq buradakı qiymətlərə də təsir etməli idi. Son aylar lari 6-8% devalvasiya olunub”.M.Məmmədov deyir ki, bu qiymət artımı yanacaq istehlakçılarına və avtomobil sahiblərinə ciddi təsir etməyəcək:“Ola bilər ki, Yeni İl bayramı ərəfəsində alıcılarımıza bayram hədiyyəsi olaraq yanacağın qiyməti ucuzlaşdırılsın. Çalışacağıq ki, Yeni İl ərəfəsində bu qiyməti heç olmasa əvvəlki qiymətə qədər endirək. Bəlkə də əvvəlki qiymətdən də daha ucuz elədik”.Qeyd edək ki, bu gün Gürcüstanda “Super” markalı benzinin 1 litri qiyməti 2,20 laridən 2,30 lariyə, “Premium” markalı benzinin qiyməti 2,15 laridən 2,25 lariyə, “Avroreqular” isə 1,99 laridən 2,10 lariyə qaldırılıb. Dizel yanacağının 1 litri isə 2,07 laridən 2,10 lariyə qədər artırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti