Gümrü hava limanına bomba qoyulması xəbəri saxta çıxıb

14:43 | 02.07.2024
Gümrü hava limanına bomba qoyulması xəbəri saxta çıxıb

Gümrü hava limanına bomba qoyulması xəbəri saxta çıxıb

Şirak hava limanında bomba qoyulması ilə bağlı xəbərlərin yalan olduğunu üzə çıxarıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat verib. 

"Bomba barədə məlumat verən vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür", - məlumatda deyilir.

Erməni mətbuatı Gümrüdəki Şirak hava limanına bomba qoyulması xəbərinin yayıldığını yazmışdı.

Hava limanının əməkdaşları hava limanında olan adamları təxliyə edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM