"Əvvəlki illərdə kifayət qədər bal yığıb ali məktəbə düşə bilməyənlər bu ilki test imtahanları zamanı daha az bal toplayırlarsa, günah onların özlərindədir” - ANN.Az-a açıqlamasında təhsil eksperti Əjdər Ağayev bildirib ki, bu zaman günahı kimdəsə axtarmaq düzgün deyil.
İmtahan vaxtının dəyişdirilməsinin nəticələrə təsirindən danışan Əjdər Ağayev bu problemin yersiz qaldırıldığını vurğulayıb: "Ümumiyyətlə, imtahan vaxtının dəyişdirilməsinin imtahan nəticələrinə heç bir aiddiyyatı yoxdur.”
Ekspert Əjdər Ağayev son illər imtahan nəticələrinin pis olduğuna toxunub. O, çıxış yolu kimi abituriyenlər arasında ümumtəhsilə marağın daha da artırılmasının lazımlılığını göstərib.
Bakı məktəblərində bu gün keçiriləcək buraxılış imtahanları nəticələrinin necə olması məsələsinə münasibət bildirən mütəxəssis qeyd edib: "Nəticələri əvvəlcədən demək düzgün olmazdı. Çünki hər şey şagirdin özündən asılıdır”.
Xatırladaq ki, bu il qəbul imtahanlarında abituriyentlər aşağıdakı nəticələri göstəriblər:
I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak edib, onlardan 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91.89 faizi deməkdir.
II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir.
III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. İştirakçıların 5878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75.24 faizi deməkdir.
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak edib, onların 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !