Axşam.az xəbər verir ki, o, ilk dəfə bağçada, daha sonra tələbə olarkən bir xanımı sevdiyini deyib. Lakin həmin qızla yolları ayrılan Nuran bir müddət fikrini dərslərə yönəltsə də, sonra işləmək qərarına gəlib. Şirkətlərdən birinin rəhbəri vəzifəsində çalışan aparıcı yenidən aşiq olub:
"Başqa bir şirkətin qadın rəhbəri ilə tanış oldum. O xanıma dəhşətli dərəcədə aşiq olmuşdum. İşimi-gücümü atıb bütün vaxtımı onunla keçirirdim. Sonra o, işi ilə əlaqədar ABŞ-a köçməli oldu. O da məni çox sevirdi. Hətta onun valideynləri ABŞ-a getməyim üçün mənə bilet də almışdılar. Amma valideynlərimi qoyub gedə bilmədim".
Hər şeyi qismətə bağlayan Hacı artıq subaylığın daşını atmağı düşündüyünü və bu il evlənmək istədiyini də dilə gətirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !