Ağdam-Xankəndi yolu açılandan sonra Laçın-Xankəndi yolu da açıla bilər. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan ölkənin Qarabağ bölgəsini təmin etmək üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edir.
Azərbaycan avqustun 29-da Ağdam yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərib. Hələlik qarşı tərəf yardımı qəbul etməkdən imtina edir. Bununla yanaşı, avqustun 30-da Fransa Qarabağda yaşayan ermənilərə 10 yük maşını yardım göndərmək qərarı alıb.
Bundan əvvəl, Ermənistan Azərbaycanın icazə olmadan Laçın yolu vasitəsilə Xankəndində yaşayan ermənilərə 400 tonluq "humanitar yardım"ın aparılmasına cəhd edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistanla Ağdam yolunun istifadəsinə dair razılıq əldə olunub. Ermənistan istənilər yardımı Ağdam yolundan istifadə etməklə çatdıra bilər.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !