Hakim fasilədə penalti verdi

21:46 | 17.04.2018
Hakim fasilədə penalti verdi

Hakim fasilədə penalti verdi

Almaniyanın "Maynts” klubunun Bundesliqanın XXX turunda "Frayburq”la görüşü zamanı maraqlı hadisə yaşanıb. 

Anews.az xəbər verir ki, ilk hissədən sonra paltardəyişmə otağına yollanan futbolçular referi Quido Vinkmanın göstərişi ilə dərhal geri qayıdıblar.

Belə ki, videotəkrara baxan hakimlər "Frayburq”un cərimə meydançasında topun rəqib futbolçunun ələ toxunmasını və bunun qayda pozuntusu olduğunu qeydə alıblar.

Nəticədə qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Pablo De Blasis komandasının fasiləyə 1:0 hesabı ilə öndə yollanmasını təmin edib. Argentinalı futbolçu ikinci hissədə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib – 2:0.

Lakin oyun zamanı daha bir hadisə baş verib. "Maynts” azarkeşləri oyunlarının iş günü – bazar ertəsi keçirilməsinə etiraz əlaməti olaraq fasilədə meydançaya tərəf tualet kağızları atıblar. Həmin kağızların yığışdırılması vaxt apardığından, ikinci hissənin başlanması yubanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM