Hava şəraiti kəskin dəyişəcək - Xəbərdarlıq

14:56 | 26.09.2014
Hava şəraiti kəskin dəyişəcək - Xəbərdarlıq

Hava şəraiti kəskin dəyişəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki,  sentyabrın son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə müqayisədə kəskin olaraq 5-10 dərəcə enəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb