Hava şəraiti küləkli və yağışlı olacaq

13:22 | 25.04.2014
Hava şəraiti küləkli və yağışlı olacaq

Hava şəraiti küləkli və yağışlı olacaq

Bakı və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir.Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 25-də arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti