Hazırda bağlanma riski olan bank yoxdur - Kazımov

14:40 | 26.07.2023
Hazırda bağlanma riski olan bank yoxdur - Kazımov

Hazırda bağlanma riski olan bank yoxdur - Kazımov

Hazırda Azərbaycanda bağlanma riski olan bank yoxdur. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. 
 
"Hazırkı dönəm üçün ciddi riskləri olan bank yoxdur. Bankların maliyyə göstəriciləri normaldır. Bizim üçün bankların bağlanması hər hans bir tendensiya ola bilməz. Əsas məqsədimiz sabitliyi təmin etməkdir. Ümumilikdə isə bankların nöqsanları olanda öncədən xəbərdarlıq edirik", - bank sədri iyulun 26-da Mərkəzi Bankda keçirdiyi brifinqdə söyləyib.  
 
Azərbaycanda sonuncu dəfə mayın 17-də  "Günay Bank” ASC-nin lisenziyası ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. 
 
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir.
 
Azərbaycanda ən çox bank 2016-cı ildə bağlanıb. Həmin il "Atrabank”, "Bank of Azerbaijan”, "Bank Standard”, "Deka Bank”, "Gəncə Bank”, "Kredo Bank”, "Qafqaz İnkişaf Bankı”, "Para Bank”, "Texnika Bank”, "United Kredit Bank” və "Zamin Bank”-ın lisenziyaları ləğv edilib.  2017-ci ildə yalnız "Dəmir Bank” bağlanıb. 2020-ci il də 4 bank bağlanıb. Bunlar "AGBank”, "Amrah Bank”, "Atabank” və "NBC Bank”-dır.
 
Hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM