Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli Söyüdlü hadisələri ilə bağlı heç bir əlaqəsi olmadığını deyib. Bu barədə onun vəkili Aqil Layıc bildirib.
"Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşdüm. Özünü ekologiya məhbusu hesab edir və hesab edir ki, həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrdir və hazırki ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır. Qeyd etdi ki, Gədəbəydə qızıl zavodunun açılışı zamanı şəxsən ölkə başçısının tapşırığı ilə açılışda iştirak edib. Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür. Əgər onun təqsiri bundan ibarətdirsə, təqsirini boynuna alır. Ölkə başçısına müraciət edərək bəyan edir ki, onun Söyüdlü ilə bağlı hadisələrdə heç bir əlaqəsi olmayıb və ona verilən informasiya düzgün deyil", - vəkil facebook hesabıında bildirib.
Bəydəmirli haqqında iyulun 5-də Nərimanov məhkəməsi 4 aylıq həbs qərarı çıxarıb.
İyulun 10-da həbsdə olan Nazim Bəydəmirliyinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, polis orqanlarına adının açıqlanmadığı vətəndaş tərəfindən ərizə daxil olub.
"Həmin ərizəyə görə, Nazim Bəydəmirli vətəndaşdan 50 min manat pul tələb edib və əks halda onun barəsində rüsvayedici görüntülər yayacağını bildirib. Şikayətçi cari il iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə bağlı rüsvayedici görüntülər yayacağı ilə hədələyib", - DİN mətbuat xidmətinin açıqlamasında bildirilib.
Bundan əvvəl Nazim Bəydəmirli bildirib ki, onu Gədəbəy rayonunun Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər.
Milli Məclisin iyunun 23-də keçirilən iclasında millət vəkili Elman Nəsirov da Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların təşkilatçılarından birinin Nazim Bəydəmirli olduğunu bildirib.
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edərək mane olmağa çalışıb. Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaşanıb. Kənd sakinləri süni yaradılan gölün regionun ekoloji durumuna təhlükə yaratdığını iddia ediblər. Polislə qarşıdurma zamanı bir qism kənd sakini saxlanılıb. Qarşıdurmanın videosundan polisin aksiyada iştirak edən qadınlara şiddət göstərdiyi görünür.
Bu hadisədən sonra baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kənddə monitorinqlərin keçirilməsi davam edir.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !