Həftəlik hava proqnozu açıqlanıb

19:57 | 04.11.2019
Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək...
Azərbaycanda həftəlik hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 
 
Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.
 
Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.
 
Azərbaycanın rayonlarında həftə ərzində hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti arasında dəyişəcək.

www.anews.az
loading...