Həftəsonu Azərbaycanda avtomat, tapança və qumbaralar aşkarlanıb

09:51 | 15.04.2024
Həftəsonu Azərbaycanda avtomat, tapança və qumbaralar aşkarlanıb

Həftəsonu Azərbaycanda avtomat, tapança və qumbaralar aşkarlanıb

Polis əməkdaşları həftəsonu ölkə ərazisində avtomat, tapança və qumbaralar aşkarlayıblar. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.


Həmçinin həftəsonu keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb