Həkimdən epidemioloji vəziyyətlə bağlı pozitiv AÇIQLAMA - VİDEO

10:19 | 20.06.2021
Həkimdən epidemioloji vəziyyətlə bağlı pozitiv AÇIQLAMA - VİDEO

Həkimdən epidemioloji vəziyyətlə bağlı pozitiv AÇIQLAMA - VİDEO

Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, epidemioloji vəziyyət payızda sərt olmayacaq.

Anews.az  xəbər verir ki, bunu ABR24-ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

O bildirib ki, mayın 25-dən sonra vaksinasiya prosesi sürətlənib:
"Prosesin sürətlənməsinə səbəb də COVİD pasportları məsələsinin gündəmə gəlməsidir. Sözügedən tarixdən etibarən gündəlik 40-60 min insanın peyvəndlənməsi baş tutur. Proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik.

Bizim 7 milyon əhalinin peyvəndlənməsinə ehtiyacımız var. Artıq 3 milyon insan peyvəndlənib və 3.6 milyon insan da yayın sonuna kimi peyvəndlənsə, bizi çox da sərt olmayan payız gözləyə bilər”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb