Həkimi Oqtay Güləliyevin durumu barədə yazdı: "Vəziyyəti stabil olaraq qalır" - FOTO

Oktay Güləliyevin vəziyyəti stabil olaraq qalır.
Anews.az xəbər verir ki, bu barədə həkim Adil Qeybulla öz "Facebook" səhifəsində yazıb.
Həmin yazını olduğu kimi təqdim edirik: " İndicə Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir.
Allah şəfa versin! P.S.: Məlumat üçün bildirirəm ki, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır. Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə sabah Oktay bəyin ilk daxil olduğu 1 saylı klinik mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram".
www.anews.az

Qeyd edək ki, O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə yolu keçərkən vurulub.

Zaur Qənbərov
www.anews.az