• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Hərbi cinayətlərdə ittiham olunanların növbəti məhkəməsi növbəti həftə keçiriləcək

Hərbi cinayətlərdə ittiham olunanların növbəti məhkəməsi növbəti həftə keçiriləcək
17.01.2025 15:04
Qondarma "Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələrinin üzvlərinin cinayət işi üzrə növbəti məhkəməsi növbəti həftə baş tutacaq. Bu barədə məhkəmədə iştirak edən şahidlərdən biri anews.az-a açıqlamasında deyib. 
 
13:23
 
Bu gün - yanvarın 17-də qondarma "Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələrinin üzvlərinin cinayət işi üzrə ilk məhkəmə prosesi başlayır. Bu barədə Baş Prokurorluqdan bildirilib. 

Araik Arutyunyan da daxil olmaqla 15 erməninin işi üzrə 2548 epizoddan ibarət cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq. 
 
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.
 
Məhkəmədə dövlət ittihamını onlar müdafiə edir:

Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev

Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli

Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov

Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev

Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev

Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova


2 may 2024-cü il tarixdə Azərbaycan baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Həbs edilənlər Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyedir.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi strategiya hazırlayır
Siyasət 17:18
Azərbaycan 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi strategiya hazırlayır
NK-da Prezidentin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilir
Siyasət 15:44
NK-da Prezidentin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilir
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
Siyasət 21:30
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 18:20
İlham Əliyev Trampa təşəkkür edib
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Siyasət 18:07
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
İlham Əliyev Stiven Doutini qəbul edib
Siyasət 12:11
İlham Əliyev Stiven Doutini qəbul edib
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Siyasət 11:15
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Siyasət 20:29
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol