Hərbçilərimiz partlayıcıları zərərsizləşdirəcək

13:49 | 04.04.2015
Hərbçilərimiz partlayıcıları zərərsizləşdirəcək

Hərbçilərimiz partlayıcıları zərərsizləşdirəcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 6-da Bakı şəhərində sağlamlıq sahəsində təlim və əməkdaşlıq konfransı, aprelin 6-dan 8-dək İstanbul şəhərində (Türkiyə) hidroqrafiya və okeanoqrafiya mövzusunda əməkdaşlıq iclası baş tutacaq.

bununla yanaşı, aprelin 6-dan 17-dək Kəraçi şəhərində (Pakistan) kiçik zabitlər üçün taktika kursu, Nyuport şəhərində (ABŞ) "Kölqə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi, aprelin 6-dan iyulun 17-dək Rımniku-Vılça şəhərində (Rumıniya) partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür