Hərəkat nümayəndələri Türkiyə səfirliyində olub - FOTO

16:59 | 16.05.2014
Hərəkat nümayəndələri Türkiyə səfirliyində olub - FOTO

Hərəkat nümayəndələri Türkiyə səfirliyində olub - FOTO

Yeni Nəfəs Hərəkatının rəhbərliyi də bu gün Türkiyə Böyükelçiliyini ziyarət ediblər. 
ANN.Az-ın məlumatına görə, hərəkat rəhbərliyi səfirliyin kültür və tanıtma müşaviri Seyid Əhməd Arslanla əlaqə saxlayaraq ona başsağlıqlarını çatdırıb və səfirliyi ziyarət edərək taziyyə dəftərinə ürək sözlərini yazaraq Soma ilə həmrəy olduqlarını ifadə ediblər.
Qeyd edək ki, Somada kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların sayı 300-ü keçib.
Dünyanın əksər ölkələrindən Türkiyəyə başsağlığı mesajları və yardım təklifləri hələ də gəlməkdədir. Bu sırada istər rəsmi, istər ictimai səviyyədə ən böyük təşəbbüskarlığı qardaş Azərbaycan göstərməkdədir.
Türkiyənin Azərbaycandakı səfirliyində xüsusi otaq ayrılaraq taziyyə dəftəri qoyulub. Hər kəs səfirlikdə qeydiyyatdan keçib Somada həlak olanlar üçün ürək sözlərini yaza və həlak olanların ailələri ilə həmrəyliyini nümayiş etdirə bilər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM