“Hərəyə Bir Kitab Bölüşək” - FOTOLAR

19:14 | 28.09.2016
“Hərəyə Bir Kitab Bölüşək” - FOTOLAR

“Hərəyə Bir Kitab Bölüşək” - FOTOLAR

Kitab oxumağın ən maraqlı üsulu "Hərəyə bir kitab bölüşək" layihəsi başa çatdı.

Bütün mərhələləri uğurla başa vurmuş 6 iştirakçı final mərhələsində oxuduqları kitabı təqdim ediblər.

Finalçıların təqdimatlarını əməkdar incəsənət xadimi Baba Vəziroğlu, fəlsəfə doktoru Mail Yaqub, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Türanə Qasımova, "ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov qiymətləndirib.
Münsiflərin verdiyi səslərə görə Xalid Hüseyninin "Min Möhtəşəm Günəş” əsərini təqdim etmiş Fatma Uğurliyeva birinci, İvan Qonçorovun "Oblomov” əsəri ilə Diana Abbasova ikinci, Dan Brownun "DaVinçi şifrəsi” əsərini təqdim etmiş Fatimə Gülmalıyeva isə 3-cü yerə layiq görülüb. Hər 3 yerin  sahibi qiymətli hədiyyələr və sertifikatla mükafatlandırılıb.

Tədbirin sonun da əməkdar incəsənət xadimi Baba Vəziroğlu və fəlsəfə doktoru Mail Yaqub Kitab oxumağın önəmindən, kitabın insana verdiyi faydadan danışıb, eləcə də gənclər arasında kitaba marağın yaranması istiqamətində bu tip layihələrin təsirinin böyük olduğunu bildiriblər. 

Qeyd edək ki, "ASAN Könüllüləri" Təşkilatı tərəfindən ənənəvi olaraq  həyata keçirilən "Hərəyə bir kitab bölüşək"  layihəsinin əsas məqsədi, gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdir.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti