Bugün Gülüstan Sarayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə elan olunmuş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Artıq 9 ildir ümumtəhsil məktəblərin 8-9-cu sinif və ilk peşə-ixtisas təhsil müəssisələrinin şagirdləri, orta ixtisas məktəblərinin tələbələri arasında inşa yazı müsabiqəsi təşkil olunur. Müsabiqənin təşkilatçıları Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.
ANN.Az xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimundə təhsil naziri Mikayıl Cabbarov, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər tanınmış ziyalılar və valideynlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan nazir Mikayıl Cabbarov müsabiqənin şagird və tələbələrin mərhum prezident Heydər Əliyev haqqında fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Nazir ölkəmizin bütün bölgələrini əhatə edən müsabiqənin mərhum prezident Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrini əhatə etdiyini vurğulayıb.
Nazir müsabiqə çərçivəsində qalib olan inşa yazılarını
kitab halında toplanaraq çap edilməsini gənclərimizin Heydər Əliyev kimi dahi
insana dərin hörmət və sonsuz ehtiram duyğularının tərənnümü kimi dəyərləndirib:
"Anadan olmasının 92-ci il dönümünü qeyd etdiyimiz qüdrətli dövlət xadiminin
ömür yolu doğma və təmənnasız xidmətin örnəyidir”.
M.Cabbarov
son zamanlar təhsil sahəsində əldə edilən uğurlardan danışarkən qeyd edib ki, qarşımızda
dayanan əsas vəzifə təhsil sisteminin modernləşdirilməsidir: "Azərbaycanın təhsil
sahəsinin platforması sayılan strategiyanın əsas məqsədi ölkəmizdə səriştəli təhsilin
tədrisi, dünya ölkələri arasında qabaqcıl mövqe tutan müasir təhsil sisteminin
yaradılmasıdır. Strategiyanın qəbulundan sonra Təhsil Nazirliyi təhsilin bütün
pillə və səviyyələrini əhatə edən sistemli tədbirlərin həyata keçirilməsinə
başlanılıb və uğurlu addımlar atılıb”.
Milli-mənəvi
dəyərlərin aşılanması mövzusuna toxunan nazir əlavə edib ki, dövlət strategiyasının
məzmunu sahəsində islahatların aparılması, mövcud kurikliumların 12 illik ümumi
təhsil modelinə uyğunlaşdırılması, təhsilin məzmununda tərbiyə məsələlərinə,
milli mənəvi və bəşəri dəyərlərə üstünlük verilməsi nəzərdə tutulur: "Bu
baxımdan ümumi təhsilin məzmumunun müəyyənləşdirilməsində ümumilli lider Heydər
Əliyevin belə bir konseptual fikri əsas tutulmalıdır ki, "Cəmiyyətin gələcək tərəqqisi
indi gənclərimizə nəyi və necə öyrətdiyimizdən asılıdır”.
Ə.Əhmədov, E.Vəlizadə, İ.Mustafayev, S.Mehbalıyev müsabiqə iştirakçılarını təbrik ediblər.
Müsabiqəyə inşa yazı təqdim edənlər arasında 16 nəfər 1-ci, 19 nəfər 2-ci, 22 nəfər 3-cü yerə layiq görülüblər. 4-cü yeri tutan 35 nəfər diplomla təltif olunub. Qaliblərin təqdim etdikləri inşa yazıları "Heydər Əliyev məktəblilərin gözü ilə" kitqbında dərc edilib.
Sonda müsabiqə qaliblərinə diplomlar , mükafat və müxtəlif qiymərli hədiyyələr verilib.
Qeyd edək ki, ölkənin bütün ərazisini əhatə edən müsabiqədə 15 mindən artıq şagird qatılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !