Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Ağcabədi rayonunda reydlər keçirib.
Agentlikdən verilən məlumata əsasən, reyd zamanı Ağcabədi şəhərində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, qeyri-qanuni heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib.
Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !