• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Hikmət Hacıyev “Forbes”də müəllifini tənqid edib

Hikmət Hacıyev “Forbes”də müəllifini tənqid edib
09.08.2023 22:48
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Forbes” jurnalında Laçın yolu ətrafındakı vəziyyətlə bağlı məqalənin müəllifi Evelina Oçabi tənqid edib.

"Evelina Ochab, sizin Forbes-də dərc olunan məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur", - Hacıyev çərşənbə günü Tvitter hesabında yazıb.

O qeyd edib ki, hüquq müdafiəçisi kimi materialın müəllifi "Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının hüquqları və acınacaqlı vəziyyəti ilə bağlı heç vaxt məsələ qaldırmayıb”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ermənistanın 30 illik dağıdıcı hərbi işğalından əziyyət çəkib, "amma siz bütün bunlara susmusunuz”.

O, məqalədə Azərbaycanın Ağdam-Xankəndi yolundan ölkənin Qarabağ bölgəsinə malların gətirilməsi  Hacıyev üçün istifadə edilməsi təklifinin qeyd olunmamasına da diqqət çəkib.

"Ermənistanın himayə etdiyi marionet separatçı rejim Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri girov saxlayır”, - Hacıyev yazıb.

O,  əlavə edib ki, hüquq müdafiəçisi statusu neytrallıq, siyasi manipulyasiyadan uzaqlaşmaq, obyektivlik və ədalət tələb edir və Forbes-in "birtərəfli təbliğat” üçün platforma təqdim etməsindən təəssüflənir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol