Hikmət Hacıyev İranla münasibətlərdən danışıb

15:57 | 02.08.2023
Hikmət Hacıyev İranla münasibətlərdən danışıb

Hikmət Hacıyev İranla münasibətlərdən danışıb

Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmaq üçün dialoqu davam etdirirlər. Bu barədə İnternfaks Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin  "Şərq Əl-Avsat” qəzetinə müsahibəsinə istinadan yazıb.
 
"Azərbaycan və İran qonşudur və bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və diplomatik missiya əməkdaşının qətli gərginliyə səbəb olub. Hazırda diplomatik kanallar cəlb olunub və İranın müvafiq rəsmiləri də Azərbaycanda səfərdədir", - Hacıyev əlavə edib.
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM