Hikmət Mirzəyev yanvarın 11-dən Preizdentin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
13:04
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib", - məlumatda qeyd olunub.
11:50
General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edildiyi deyilir. Bu barədə yerli mətbuatda xəbər dərc olunub.
Müdafiə Nazirliyi Mirzəyevin təyinat xəbərini təsdiq etmir və anews.az-a bildirib ki, bununla bağlı ictimaiətə məlumat veriləcək.
Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı olub. O, Cəbrayılın və Şuşanın azad olunması əməliyyatlarına rəhbərlik edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !