"Hindistan bülbülü” dünyasını dəyişdi

Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar və aktrisa Lata Manqeşkar 92 yaşında dünyasını dəyişib.
Manqeşkar Hindistanın əfsanəsi və Bollivudun Qızıl dövrü adlanan - 1950-1970-ci illərin simvollarından biri hesab edilir. Ölkəsində o, "Hindistan bülbülü” və "Melodiya kraliçası” adlandırılır. Müğənni filmlərdə 30-dan çox hind dilində, o cümlədən hindi, marathi və benqal dillərində mahnılar səsləndirib. O, çoxsaylı kino mükafatlarının sahibidir. Manqeşkar 2001-ci ildə Hindistanın ən yüksək qeyri-hərbi mükafatı olan "Bharat ratna” ilə təltif edilib.
Lata Manqeşkar "Avara”, "Cənab 420”, "Bobbi”, "Qisas və qanun”, "Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər