Хizəkçinin Soçidə onurğası qırıldı

12:30 | 16.02.2014
Хizəkçinin Soçidə onurğası qırıldı

Хizəkçinin Soçidə onurğası qırıldı

Soçi Qış Olimpiadasında mübarizə aparan 23 yaşlı rus idmançı Maria Komissarovanın onurğası zədələnib.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, 2014 Soçi Qış Olimpiadasında sərbəst üsulla sprint xizək yarışlarında çıxış edən Maria Komissarova məşq zamanı zədələnib.

Rusiya Dağ xizək idmanı Federasiyası 23 yaşlı idmançının "Rosa Khutor Extreme Park"da məşq zamanı onurğasından ciddi şəkildə zədə aldığını və dərhal Krasnaya Polyanada olan bir xəstəxanaya çatdırılaraq əməliyyat olunduğu açıqlanıb. 

Komissarovanın zədəsi ilə bağlı əlavə məlumat verilməyib.

Rus xizəkçinin bu zədəsi Soçidə indiyə qədər yaşanan ən ciddi zədə olaraq qeydə alınıb. 

Xatırladaq ki, gənc idmançı keçən il də ayağından aldığı zədə ucbatından 6 ay idmandan uzaq qalmışdı.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti