Hökumət yeni ailə quranlara hədiyyə verəcək - FOTO

09:28 | 06.11.2018
Hökumət yeni ailə quranlara hədiyyə verəcək - FOTO

Hökumət yeni ailə quranlara hədiyyə verəcək - FOTO

Gürcüstan hökuməti yeni ailə quran gənclərə nikah müqaviləsi imzalanan zaman hədiyyə verəcək.

Bu barədə Ədliyyə Nazirliyi qərar qəbul edib.

Qərara əsasən, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni ailə quranlara Şota Rustavelinin nəfis tərtibatla hazırlanmış "Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə edəcək. Bu əsər sevgi, səadət, sadiqlik və bərabərlik rəmzidir. Hədiyyə olaraq bu əsərin seçilməsi, həmçinin gürcü xalqının qədim adət-ənənələrinin bərpası deməkdir. Ənənənin bərpa edilməsi yeni qurulan ailə üçün cehiz dəyərində xəzinə və lazımlı bir atribut olacaq.

Nikah müqaviləsi bağlayan gənclərə hədiyyə olunacaq "Pələng dərisi geymiş pəhləvan” əsəri məşhur Gürcüstan rəssamı Serqo Kobuladzenin təsvirləri ilə bəzədilib. (Azərtac)
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM