• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Çanaqqala zəfərinin 107-ci il dönümü - VİDEO

Çanaqqala zəfərinin 107-ci il dönümü - VİDEO
18.03.2022 21:32
Hər il martın 18-də Türkiyədə  Çanaqqala zəfəri qeyd edilir. 
 
Çanaqqala müharibəsi 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri olan İngiltərə, Fransa, Anzaklar arasında baş verib. İttifaq dövlətləri paytaxt İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək istəyib. Bu məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girib. Ancaq hücumları uğursuz olub. Bu döyüş  İngiltərə vǝ Fransa donanmalarının ağır itkilǝr verǝrǝk geri çǝkilmǝsilǝ sona çatıb. Sonra Həmin qüvvələr quruda döyüş başladı. Həmin döyüşdə də Türk ordusu  Çanaqqala boğazının ələ keçirilməsinə icazə vermədi. Bu döyüşdə Osmanlı Türkiyəsi 253 min şəhid versə də, zəfər çaldı. 

"Çanaqqala keçilmǝz” məşhur ifadəsi də bu döyüşdən sonra yarandı.
 


Ləman Qasımova, Səkinəxanım Məmmədova
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çanaqqala zəfərinin 107-ci il dönümü - VİDEO
Dünya 21:32
Çanaqqala zəfərinin 107-ci il dönümü - VİDEO
Sülhməramlılar Qarabağda hərbi təlim keçirdi - VİDEO
Dünya 14:20
Sülhməramlılar Qarabağda hərbi təlim keçirdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol