• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Qrenlandiya müstəqillik üçün səsvermə keçirmək istəyir

Qrenlandiya müstəqillik üçün səsvermə keçirmək istəyir
07.02.2025 13:37
Qrenlandiyanın hakim Siumut partiyası gələn ay keçiriləcək ümumi seçkilərdən sonra müstəqillik üçün səsvermə keçirməyi planlaşdırır. 

Bu məsələ ABŞ prezidenti Donald Trampın adanı almaqda maraqlı olduğunu bildirdikdən sonra aktuallaşıb.

Danimarka Krallığının bir hissəsi olan yarı-muxtar ərazi çərşənbə günü martın 11-də keçiriləcək ümumi seçkilərin olacağını elan edib. 

Seçki kampaniyasının əsas mövzuları Qrenlandiyanın müstəqillik axtarışları və Trampın dövründə Danimarka və strateji əhəmiyyətli adayı əldə etmək istəyini dəfələrlə ifadə edən ABŞ ilə münasibətləri ilə bağlı olacaq.
 
Bundan əvvəl keçirilən sorğu nəticələrinə görə Qrenlandiyalıların böyük əksəriyyəti (85%) adanın ABŞ-a qoşulmasına qarşı olduğunu bildirib. 
 
ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmaq niyyətində olduğunu açıqlaması Danimarka ilə Vaşinqton arasında ciddi müzakirə yaradıb.
 
Aytac 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniya altı Rusiya vətəndaşı və iki şirkətə qarşı sanksiya tətbiq edir
Dünya 17:33
Britaniya altı Rusiya vətəndaşı və iki şirkətə qarşı sanksiya tətbiq edir
Trampın nümayəndəsi Ukraynaya səfərə hazırlaşır
Dünya 17:04
Trampın nümayəndəsi Ukraynaya səfərə hazırlaşır
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Aİ süni intellektə 200 milyard avro sərmayə qoyacaq
Dünya 15:13
Aİ süni intellektə 200 milyard avro sərmayə qoyacaq
“Google” Meksika körfəzini Amerika körfəzi kimi göstərəcək
Dünya 14:08
“Google” Meksika körfəzini Amerika körfəzi kimi göstərəcək
Ukraynaya sülhməramlılar göndərə biləcək Avropa ölkələrinin adı açıqlanıb
Dünya 12:32
Ukraynaya sülhməramlılar göndərə biləcək Avropa ölkələrinin adı açıqlanıb
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Dünya 00:05
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Paşinyan Makronla sülh prosesini müzakirə edib
Dünya 22:57
Paşinyan Makronla sülh prosesini müzakirə edib

Türkiyədə terrorçulara xəbərdarlıq edilib
Dünya 22:38
Türkiyədə terrorçulara xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol