"Hüquqi Yardım" ictimai birliyi Taleh Qaraşova müraciət etdi

17:35 | 23.05.2020
 Lənkəranda fəaliyyət göstərən "Hüquqi Yardım" ictimai birliyinin fəalları LənKəranda yerləşən "Zindan Qalası" tarixi abidəSİnin bərpası üçün Lənkəran rayon icra hakimiyyətinə müraciət edib.
 
Anews.az həmin müraciəti sizə təqdim edir:

Hörmətli Taleh müəllim!

"Hüquqi Yardım” ictimai birliyi 2004-cü il iyulun 31-də Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmış və həmin vaxtdan cənub bölgəsində
rəsmi surətdə ilk Qeyri Hökümət Təşkilatı kimi fəaliyyətə başlamışdır. Birliyə qanunla müyyən
edilmiş qaydada 1104-Q2-1605 saylı şəhadətnamə verilmişdir.

Bu məktubu Sizə yazmaqda məqsədim, rayonumuzun ərazisində azsaylı tarixi abidə olan,
icra hakimiyyəti başçısı aparatı binasının 150 metrliyində yerləşən, XVIII əsrin əllinci illərində
yerli feodal xanları tərəfindən tikilmiş "Dairəvi Qala-Zndan” tarixi abidəsinin acınacaqlı
vəziyyəti barəsindədir.

Uzun illər müxtəlif təyinatlarla istifadə edilmiş qala, təssüf ki, sizin rayona başçılıq
etdiyiniz illərdə tamamilə biganə münasibət ucbatından dağılmış, dam çətiri uçaraq yararsız
vəziyyətə düşmüşdür. Rayon sakinləri müxtəlif mərkəzi və yerli təşkilatlara dəfələrlə müraciət
etmələrinə baxmayaraq, sosial şəbəkələrdə tarixi abidənin bərpa və təmir edilməsi üçün aksiya
təşkil etmələrinə rəğmən, heç bir irəliləyişə nail olmaq mümkün olmur. Bundan əlavə, rayon
rəhbərliyi "Dairəvi Qala-Zndan” tarixi abidəsinin təmir edilməsi üçün Lənkəran Şəhər İcra
Hakimiyyəti Başçısı tərəfindən və Regional Mədəniyyət İdarəsi tərəfindən hansı tədbirlərin
görüldüyü, hara müraciət edilməsi, bu müraciətlərlə bağlı hansı cavabın alındığı barədə geniş
ictimaiyyətə heç bir məlumat verilmir.

Bir icra başçısı kimi dağılmış, ətrafı müxtəlif tikinti obyektləri ilə sarılmış, tarixi tikilinin
regionun turizm potensialının artırılmasında əvəzsiz rolunun olduğunu bilməmiş deyilsiniz.

Xalqın tarixi abidələrinə müxtəlif dövlət orqanları tərəfindən biganə münasibət bəslənilməsi ilk
növbədə sizi hərəkətə keçirməli, rayonun qədim tarixi abidəsinin qorunub-saxlanılması üçün
təcili tədbirlər görməyə Sizi vadar etməli idi. Lakin rayon ictimaiyyəti bunu görmür və bu barədə
müvafiq məlumat ala bilmir. Nə internet saytınızda, nə Facebook sosial şəbəkəsində olan
səhifənizdə bu barədə axtarış aparsaq da, heç bir nəticə hasil olmadı.

Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İ.Əliyevin Mədəniyyət naziri
Ə.Qarayevi nazirlikdə baş verən korrupsiya və rüşvətxorluq halları ilə bağlı vəzifəsindən azad
etməsi bu qərara gəlməyə əsas verir ki, həmin nazirlikdə tarixi abidələrin qorunub-
saxlanılmasına cinayətkar münasibət olmuşdur.

Ümid edirəm ki, qısa müddətdə bu istiqamətdə apardığınız işlər barədə (əgər varsa)
ictimaiyyətə və bizə məlumat verəcək, rayonun tarixi abidələrinin qorunması istiqamtində
müəyyən fəaliyyət quracaqsınız.
 
Qeyd edək ki "Dairəvi Qala" (həm də Zindan qalası) 1747-1786-cı illərdə inşa edilmişdir. Xanlıqlar dövründə həbsxana kimi istifadə edilib. "Dairəvi Qala"nın 3əsrə yaxın yaşı var. 
 
Gülnar Nazimqızı


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM